Slovakiya Ukraynadan taxıl idxalını dayandırıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Qeyd olunur ki, buna səbəb Ukraynadan idxal olunan taxılda pestisitlərin aşkar olunmasıdır.
“Hal-hazırda anbarlarda saxlanılan Ukrayna taxılı və ununun işlənməsi, bazara çıxarılması qəti şəkildə qadağan edilib. Yoxlanılan nümunədə Avropa Birliyində icazə verilməyən və insan sağlamlığına mənfi təsirləri olan pestisit varlığı sübuta yetirilib”, - deyə Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Leyla