Xiyar çox faydalı tərəvəz hesab olunur. Tərkibində kalium, kalsium və maqnezium var, C, K, E vitaminləri, həmçinin B vitaminləri mənbəyidir.

Foodinfo.az xəbər verir ki, bunlara baxmayaraq, düzgün istifadə edilmədikdə tərəvəz orqanizmə mənfi təsir göstərə bilər.

Əvvəla, xiyarı çox miqdarda yemək tövsiyə olunmur.

İkincisi, bu meyvələri gündüz yemək məsləhətdir. 

İki səbəbə görə şam yeməyinə bu tərəvəzi daxil etməməlisiniz:

1. Liflə zəngin olduğu üçün axşamlar tərəvəzin həzm edilməsi ilə bağlı problemlər yaran bilər.

2. Tərkibindəki maye səhərlər şişkinliyə səbəb ola bilər.

Bəs gündə neçə xiyar yemək olar? Mütəxəssislər 3 ədəddən çox yeməməyi məsləhət görürlər.