“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub. DİN-dən Foodinfo.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.