2017 –ci ildə MDB ölkələrindən olan Ukraynadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 60%  artıb. Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, bu məhsullardan ən çox dəyərə malik olan dördüncü məhsul Ev toyuqlarının hissələrə ayrılmış əti və əlavə məhsulları, dondurulmuş adı ilə qeyd edilmiş ət növləridir ki, 2017-ci ildə bu məhsuldan 13.807,53 ton idxal edilib və 15.774,83 min dollar xərclənib, bu məhsul 2016-cı ildə bu məhsuldan 3.945,43 ton idxal edilib və 3.436,22 min ABŞ dolları sərf edilmişdir..
İllər Ölçü vahidi İdxal (miqdar) İdxal (dəyər)-min ABŞ dolları
2017(4 rüb) ton 13.807,53 15.774,83
2016(4 rüb) ton 3.945,43 3.436,22
Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri  249%, sayı isə 359% artıb. 2017-ci ildə göstərilmiş növ məhsulun, 1 tonunun orta qiymət 1,14 min ABŞ dolları təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 0,87 min ABŞ dolları idi (Fins.az)