Rusiya Ermənistanın istehsal etdiyi pomidor və xiyarın ölkəyə idxalına qadağa qoya bilər. Bununla bağlı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselnadzor") açıqlama yayıb. Qurum bunu Ermənistana məxsus meyvə-tərəvəzin karantin rejiminə uyğun gəlməməsi ilə izah edir. Xatırladaq ki, bir qədər əvvəl qonşu ölkənin istehsal etdiyi meyvə-tərəvəzin bir partiyası geri qaytarılıb və Ermənistandan gələn məhsullara fitosanitar nəzarət gücləndirilib. "Rosselnadzor" məhsullarda aşkar edilmiş problemlərlə bağlı Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək qurumu araşdırma aparmağı və müvafiq qərar qəbul etməyə çağırıb. (Report)