Kərə yağı mətbəxin ayrılmaz tərkib hissələrindən biridir. Südün qaymağından hazırlanan bu təbii yağ həm dadı, həm də qida dəyəri ilə sevilir. O, yeməklərə xüsusi bir ləzzət qatmaqla yanaşı, orqanizm üçün bir sıra faydalı maddələr də təmin edir.
Foodinfo.az xəbər verir ki, kərə yağı əsasən doymuş yağ turşuları ilə zəngindir və bu, onu yüksək enerji mənbəyi edir. Onun tərkibində A, D, E və K vitaminləri vardır ki, bunlar bədənin düzgün işləməsi üçün mühüm əhəmiyyət daşıyır. Kərə yağı dəri, göz və immun sistemini dəstəkləyir.
Bu yağ doymuş yağlarla zəngindir və həddindən artıq istehlak edildikdə ürək-damar xəstəlikləri riskini artıra bilər. Lakin normal miqdarda qəbul edildikdə bədənin enerji səviyyəsini artırır, yağda həll olunan vitaminləri təmin edir və hormon balansını dəstəkləyir.