Elmi araşdırmalara görə, qaynar çay içmək həyati təhlükəli bir məqamın qarşısını ala bilər.
Foodinfo.az-ın xəbərinə görə, lent.az Avropa saytlarına istinadla xəbər verir ki, alimlər çayda olan maddənin antitrombotik təsiri olduğunu müəyyənləşdiriblər. Sübut olunub ki, isti çayda olan sistatin qanı durulaşdırır, damarları boşaldır, trombositlərin yapışmasının qarşısını alır.
Əsəbləri sakitləşdirir
Kardioloq Oleq Varfolomoyev təcrübələrinə əsaslanaraq, bu barədə maraqlı məlumat verib. Bildirib ki, çay antioksidant təsiri ilə ürək sağlamlığına faydalıdır. O, hətta təzyiqi də normallaşdıra bilir. Çayda olan polifenol və flavanoidlər beyin və ürəyə yaxşı təsir edir, qanın laxtalanmasının qarşısını alır. Alimlər sübut edib ki, müntəzəm olaraq çay içənlər ürək xəstəliyi və insultdan əziyyət çəkmirlər.
Ömrü uzadır
Amma çayı normasında və qaydasında içmək lazımdır. Gündə yaxşı dəmlənmiş 3 fincan çay ürək-beyin xəstəliklərini 24 faiz azaldır. Eləcə də, bu xəstəliklərdən ölüm riskini də aşağı salır. Söhbət, əlbəttə ki, qatqısı olmayan, təbii çaydan gedir. Dəmləndikdən 1 saat sonra onun faydasından danışmaq yersizdir.
Şəkəri normada saxlayır
Bütün dünyada şəkər xəstələri həm şəkərli (1-ci tip), həm şəkərsiz (2-ci tip) diabetdən əziyyət çəkirlər. Hər gün çay içmək 2-ci tip diabet yaradan qan şəkərinin balansını saxlamağa imkan verir. Bir şərtlə ki, bu zaman çaya şəkər atmayasınız.
Kardioloqların fikrincə, yaxşı dəmlənmiş çay damarların endotellərinin vəziyyətini yaxşılaşdırdığı üçün qan təzyiqini də salır, beyin qan dövranını da yaxşılaşdırır. O, həmçinin depressiya və psixoloji problemlərdə faydalıdır.