Son vaxtlar çörəyi tez-tez çəki və sağlamlıq problemlərinə görə “günahlandırırlar”. Foodinfo.az PrimaMedia-ya istinadla xəbər verir ki, texnika elmləri namizədi Marina Kostyuchenko çörək və onun qida rasionunda rolu ilə bağlı ssöhbətlər mifdən ibarətdir.

Kostyuchenkonun sözlərinə görə, adi çörəyin tərkibində az yağ var - 100 qramda cəmi 1 qram, xüsusən də çovdar çörəyində. Bununla belə, bişmiş məmulatlar və çörəklər əlavə edilən yağlara görə 100 qramda 9,4 qrama qədər yağ ola bilər.

Çörəyin karbohidratlar, zülallar və pəhriz lifləri ilə zəngin olduğunu da qeyd etmək lazımdır. Xüsusilə çovdar çörəyində çoxlu B vitamini, E vitamini, maqnezium, kalsium və dəmir var. Çovdar çörəyi də qalxanabənzər vəz üçün vacib olan seleniumun yaxşı mənbəyidir.