Azərbaycanda mal ətinin qiyməti bahalaşıb. Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında fevral ayı üzrə sümüksüz cavan mal ətinin 1 kq-nın qiyməti 14 AZN göstərilib. Bu ilin yanvar ayı ərzində isə, sümüksüz cavan qaramal ətinin 1 kq-ı 13,44 AZN-ə satılıb. Hazırda Bakı bazarlarında sümüklü cavan qaramal ətinin 1 kq-ı 11 manat 50 qəpiyə, yaşlı sümüksüz mal əti 9 manata, yaşlı sümüklü mal əti isə, 7 manat 50 qəpiyə satılır. (Fins.az)