Bir çoxları səhərlərini qəhvəsiz təsəvvür etmirlər. Bu içki insana gümtrahlıq bəxş edir. Bəs onu istədiyimiz vaxt içə bilərikmi?

Foodinfo.az xəbər verir ki, həkimlər düzgün vaxtda içilməyən qəhvənin zərərli ola biləcəyini bildirirlər.

Belə ki, kortizol adlı hormon orqanizmin yuxu dövrünə xas ritmə uyğunlaşır. Yüksək miqdarda kortizol immun sisteminizə təsir edə bilər. Məsələ burasındadır ki, hormonun səviyyəsi oyandıqdan dərhal sonra yüksək olur. Bu səbəbdən də gözləri açar-açmaz içilən qəhvə faydadan çox zərər verə, hətta bir müddət insanda kofeinə qarşı həssaslıq yarada bilər.

Bunları nəzərə alaraq, ilk qəhvənizi yuxudan oyandıqdan azı 45 dəqiqə sonra, ideal halda saat 10:00-12:00 arası içməyiniz məsləhətdir. Günortadan sonra da qəhvə içmək tövsiyə olunmur, çünki bu, yuxunuza mənfi təsir edə bilər.