Bu gün sağlam qidalanma anlayışı ilə tez-tez qarşılaşırıq. Sağlam qidalanma vərdişləri zaman zaman bizi qorxutsa da, mütəxəssislər isə bunun düşünülənin əksinə çətin olmadığını bildirir.
Foodinfo.az xəbər verir ki, müasir dövrün stresli və sürətli yaşandığını nəzərə alsaq, sağlamlığımızı qorumaq üçün həyatımızda diqqət etməli olduğumuz ən vacib məsələlərdən biri də sağlam qidalanmadır.
Arıqlamaq və ya kökəlmək istədiyimiz zaman sağlam qidalanma ilə məşğul olmamalı, həyatımızın hər dövründə bunu vərdiş halına gətirməliyik.
Arıqlama prosesində bəzi insanlar çox məhdudlaşdırıcı (çox aşağı kalorili) pəhrizlər tətbiq edərək sürətli nəticə əldə etmək istəyirlər, ancaq arıqlamaq məqsədi ilə çörək, şəkər və şokoladı həyatımızdan çıxardığımız zaman, ideal kiloya çatdıqda o yeməyi yemək istəyimiz əvvəlkindən daha çox ola bilər.
Duyqusal aclığın da sağlam qidalanmağa mane olduğu bilinir. Özünü yaxşı hiss etmək üçün sağlam olmayan məhsulların istehlak edildiyi və bunun vərdiş halına salınması lazım olan sağlam qidalanmanın qarşısını alır.
Qidalanma təkcə mədəni doldurmaq deyil, həm də duyğuların ehtiyac və səbəb olduğu vacib bir anlayışdır. Xoşbəxtliyimizi yeməklə taclandırırıq, kədərlənəndə də soyuducunun qarşısında oluruq, yəni emosional səbəblərdən qidalanmamızı yönləndiririk. Bu da yüksək qan təzyiqi, diabet, öd kisəsi pozğunluqları, mədə yanması, xora kimi xəstəliklərə səbəb ola bilər.
Məsələn, xoşbəxtlik hormonu olaraq bildiyimiz “Serotonin” hormonunu əldə etmək üçün şokolad yemək əvəzinə təmiz havada gəzərək serotonin ifrazını artıra bilərsiniz. Bundan əlavə, yumurta, toyuq, süd, portağal, naringi və kakao kimi serotoninlə zəngin qidalardan istifadə edə bilərsiniz. Gündəlik qida rasionunuza süd məhsulları, yumurta, qırmızı ət, tünd yaşıl yarpaqlı tərəvəzlər əlavə edə bilərsiniz. Az yağlı pəhrizlər sinir sisteminə mənfi təsir göstərərək depressiyaya səbəb ola bilər. Bu səbəblə yeməklərinizə zeytun yağı, fındıq yağı kimi sağlam yağları daxil edə bilərsiniz. Konsentrasiyada çətinlik, yuxu problemi və ya yorğunluğa səbəb olan marqarin və kərə yağı kimi doymuş yağlardan qaçınmaq lazımdır.