“Ən sağlam içki sudur. Həzm sisteminin fəaliyyətinə kömək edir, hüceyrələrə qida və oksigen çatdırmağa kömək edir və bədən istiliyini tənzimləyir”.

Foodinfo.az xəbər verir ki, bunu dietoloq Marina Kosenkova deyib. Onun sözlərinə görə, səhər iki çay qaşığı limon suyu ilə 400 ml su içmək su balansını dolduracaq və mədənin turşuluğunu tarazlaşdıracaq. Mineral su içərkən təkcə su deyil, həm də minerallar alırıq. Bu minerallar orqanizmin ehtiyaclarını ödəyir.

Mütəxəssisin fikrincə, çay içmək ürək xəstəlikləri, insult və 2-ci tip şəkərli diabetin inkişaf riskini azalda bilər.

“Yaşıl çay sağlamlıq, gözəllik və gənclik üçün vacib olan antioksidantlarla zəngindir. Çay inək südü ilə istehlak edildikdə antioksidant qabiliyyətini itirir”, - deyə Kosenkova əlavə edib.