İstanbuldakı əyləncə mərkəzlərinə saxta içki satmağa çalışan şəbəkə polis tərəfindən yaxalanıb. Foodinfo.az xəbər verir ki,  əməliyyatda beş ton saxta araq, viski və rakı eləcə də 2,5 milyon saxta etiket ələ keçirilib. Yeni ili fürsət bilərək restoran və əyləncə yerlərinə saxta içki satmağa çalışan bir qrup şəxsə cinayət işi açılıb.