Araz Supermarketlər şəbəkəsi 21 aprel tarixində iki marketin Sumqayıt şəhəri, 9-cu mkr və Binəqədi r-nu, 6-cı mkr ərazisində yerləşən filiallarının açılışını edəcək. Bundan başqa regionlarda da əhatə dairəsini genişləndirərək 24 aprel Daşkəsən rayonunda, 25 aprel Gəncə şəhərində, 26 aprel Saatlı rayonunda yeni filiallarının açılışını edəcək. Marketlər şəbəkəsindən Foodinfo.az-a verilən məlumata görə, Yeni açılacaq filiallarda açılışla əlaqədar xüsusi endirimlər mövcud olacaqdır. Bundan başqa 12 aprel tarixindən start götürən və 29 aprel tarixinə kimi qüvvədə olan möhtəşəm endirim kampaniyası da yeni filialda müştəriləri gözləyir. Açılışla əlaqədar müştərilərdən 10 yumurta alana 5-i hədiyyə, xama alana biri hədiyyə, iki toyuq alana üçüncüsü hədiyyə, iki yuyucu toz alana biri hədiyyə, düyü alana makaron hədiyyə, bir ədəd qerkules alana biri hədiyyə, Blum ağardıcı alana biri hədiyyə, blum maye sabun alana biri hədiyyə və digər məhsullar hədiyyəli təqdim ediləcəkdir. Marketdə meyvə və tərəvəzdə sonra, toyuq ətində, kolbasalarda, yağlarda, şirniyyatlarda süd məhsularında, elektrik avadanlıqlarında və təmizlik vasitələrində  möhtəşəm endirimlər, hədiyyələr sizi gözləyir.