"Bu il Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq". Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, bu il iki idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur: "Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulmuş idxal-karantin məntəqələrinin layihələnməsi həyata keçiriləcək". Q.Təhməzli bildirib ki, növbəti illərdə də Azərbaycanın digər sərhəd-keçid məntəqələrindən kənar yerlərdə belə məntəqələrin qurulması planlaşdırılır: "İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək".