2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 22,7 min baş azalaraq 2 milyon 684,1 min baş, qoyun və keçilərin baş sayı 126,3 min baş azalaraq 8 milyon 659,2 min baş olub. Bu barədə Foodinfo.az-a  Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu dövrdə diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd, 434,6 milyon ədəd yumurta, 51,7 min ton tərəvəz istehsal olunmuşdur. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 2,1 faiz, tərəvəz istehsalı isə 2,3 dəfə artıb. 2017-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 63,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.