Cökə bitkisi təbii müalicə vasitəsi kimi əsrlərdir istifadə olunur. Onun çiçəklərindən hazırlanan çay sakitləşdirici təsiri ilə tanınır. 

Foodinfo.az xəbər verir ki, cökə çayı stressi azaldaraq rahatlama təmin edir, yuxu problemlərinə kömək edir və sinir sistemini sakitləşdirir. 

Bu çay, həmçinin soyuqdəymə və qrip kimi xəstəliklər zamanı tərqovucu təsir göstərir, bədəni zərərli maddələrdən təmizləməyə kömək edir. 

Boğaz ağrısını yüngülləşdirir və bəlğəmi azaldır. Antiinflamatuar xüsusiyyətlərə malik olduğu üçün iltihabı azaldır və immun sistemini gücləndirir. 

Cökə, eyni zamanda qan təzyiqini tənzimləyərək ürək-damar sağlamlığına da müsbət təsir göstərir. 

Bu səbəbdən, cökə təbii sağlamlıq mənbəyi kimi geniş istifadə olunur.