Dişləri ağartmaq üçün bir neçə sadə və təsirli üsul mövcuddur. 

Foodinfo.az xəbər verir ki, ən effektiv metodlardan biri müntəzəm diş fırçalamaq və diş ipindən istifadə etməkdir.Diş pastası seçərkən ağardıcı təsirə malik olanları üstün tutmaq olar. 

Evdə istifadə edilə bilən təbii vasitələrdən biri isə çay sodasıdır. Çay sodası və limon şirəsi ilə dişləri həftədə bir dəfə fırçalamaq mümkündür. 

Həmçinin karbonlu içkilər, qəhvə və siqaret kimi dişləri ləkələyən vərdişlərdən uzaq durmaq lazımdır. 

Diş həkimlərinin təklif etdiyi professional ağartma prosedurları da uzunmüddətli effekt verir.