Dırnaqların qırılması estetik problemlərlə yanaşı, sağlamlıqla bağlı bəzi siqnallar da verə bilər. Dırnaqların qırılmasının bir neçə səbəbi var və bu səbəbləri anlamaq onları gücləndirmək üçün ilk addımdır.

Foodinfo.az dırnaqların qırılma səbəblərini təqdim edir:

1. Dırnaqların sağlamlığı üçün zəruri olan biotin, dəmir, sink və vitaminlər çatışmaz olduqda dırnaqlar zəifləyir və qırılmağa meylli olur. Balanssız qidalanma dırnaq strukturunun zəifləməsinə səbəbdir.

2. Onların nəm balansını qorumaq üçün kifayət qədər su içmək və nəmləndirici vasitələrdən istifadə etmək vacibdir.

3. Təkrar-təkrar dırnaq lakı, aseton və ya təmizləyici maddələr kimi kimyəvi məhsulların istifadəsi dırnaqları zəiflədir, qurudur və qırılmalara səbəb olur.

4. Bəzi sağlamlıq problemləri, məsələn, hormonal balanssızlıq, qalxanabənzər vəzi xəstəlikləri və ya dəmir çatışmazlığı anemiyası da dırnaqların qırılmasına şərait yaradır.

5. Dırnaqların sərt cisimlərlə təmasda olması və ya düzgün baxım edilməməsi də qırılmalara səbəb olur.

Bu problemi aradan qaldırmaq üçün üçün düzgün qidalanma, nəm balansının qorunması və zərərli kimyəvi maddələrdən uzaq durmaq vacibdir.