Göz altındakı ləkələr bir çox fərqli səbəblərə bağlı olaraq yaranan estetik bir problemdir. Bu ləkələrin ən çox rastlanan səbəbləri arasında genetik faktorlar ön plandadır. 

Foodinfo.az xəbər verir ki, genetik meylə malik insanların gözaltı nahiyəsində daha çox piqment yığılması və damar genişlənməsi səbəbindən tünd dairələr yaranır.

Digər səbəblər isə yuxusuzluq və stresdir. Yuxu çatışmazlığı qan dövranını zəiflədir və göz altında mavimsi ləkələrə səbəb olur.

Alergiyalar, qeyri-sağlam qidalanma, günəşin zərərli şüaları və yaşlanma da bu ləkələrin yaranmasına səbəb olan digər amillərdəndir. 

Həmçinin su itkisinin təsiri ilə dəri nazikləşir və ləkələr daha da nəzərə çarpır.