Ayaq altına soğan qoymaq qədim xalq təbabətində geniş istifadə olunan üsullardan biridir. Bu təbii vasitənin əsas məqsədi orqanizmi detoksifikasiya etmək, yəni bədəndəki zərərli maddələri təmizləməkdir. 

Foodinfo.az bildirir ki, ayaq altına soğan qoymağın əsas fəlsəfəsi odur ki, soğanın tərkibindəki kükürdlü maddələr və antibakterial komponentlər ayaqlar vasitəsilə bədənə daxil olur, bədənin müxtəlif infeksiyalara və toksinlərə qarşı mübarizəsinə kömək edir.

Bu üsul, xüsusilə də soyuqdəymə və qrip kimi xəstəliklərdə faydalı sayılır. Soğan iltihabı azalda, qan dövranını yaxşılaşdıra və immun sistemini gücləndirə bilər. Ayaq altına qoyulan soğan yuxuda bədən temperaturunu tənzimləyir, tənəffüs yollarını açmağa kömək edir və bədənin təmizlənməsinə yardımçı olur.

Necə tətbiq edilir?

- Soğanı təmizləyin və dairəvi şəkildə kəsin.

- Kəsilmiş dilimləri ayaqlarınızın altına yerləşdirin.

- Ayaqlarınıza pambıq corab geyinin ki, soğan dilimləri sabit qalsın.

- Bu proseduru yatmazdan əvvəl edin və bütün gecə ayaqlarınızın altında saxlayın.

Bu üsulun ənənəvi təbabət vasitələrindən biri olduğunu qeyd etmək lazımdır. Onun effektivliyi elmi araşdırmalarla tam təsdiqlənməsə də, xalq arasında geniş yayılmışdır və bəzi insanlar tərəfindən faydalı hesab olunur.