Kahı və digər göyərtilər zərif teksturasına və xüsusi saxlama şəraiti olduğuna görə tez xarab olur. Onlar nəmi sevir, lakin artıq olduqda cürüməyə başlayır.

Foodinfo.az xəbər verir ki, kulinar Kristin Marr göyərtini daha uzun müddət təzə saxlamaq üçün maraqlı üsuldan istifadə etməyi məsləhət görüb.

Onun sözlərinə görə, göyərtiləri əvvəlcədən yumaq lazım deyil, yalnız ehtiyac olduğu zaman. Sadəcə yarpaqları ayırın, onları kağız dəsmallara büküb ağzı bağlanan paketlərə yığın və soyuducuda saxlayın.

Kristin onu da qeyd edib ki, çantanı çox sıx bağlamaq lazım deyil, çünki göyərtinin havaya ehtiyacı var. 

Bu üsulla göyərtilər bir həftə, bəzən daha çox saxlanıla bilər.