Qidalanma onurğa sağlamlığı üçün çox vacibdir. Düzgün qidalanma onurğa sümüklərinin güclənməsinə, oynaqların və disklərin sağlam olmasına kömək edir. 

Foodinfo.az xəbər verir ki, xüsusilə kalsium və D vitamini ilə zəngin qidalar, məsələn, süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və balıq sümükləri gücləndirir və osteoporozun qarşısını alır.

Omega-3 yağ turşuları (balıq və qoz) iltihabı azaldır və bel ağrısını yüngülləşdirir. 

B, C və E vitaminləri isə sinir hüceyrələrini qoruyur. 

Şəkər və işlənmiş qidaların həddindən artıq istehlakı isə iltihabı artıraraq onurğa problemlərinə yol aça bilər. 

Yediklərimizin balanslı olması bel sağlamlığı üçün çox vacibdir.