Piştaxtalarda mövsümündən asılı olmayaraq istənilən meyvə-tərəvəzi tapmaq olar. Həkimlər bildirir ki, belə məhsullar orqanizm üçün təhlükəlidir.
Məsələ ilə bağlı həkim qastroentroloq Habil Hüseynov bildirib ki, istixanalarda meyvə-tərəvəz yetişdirilərkən onların tez yetişməsi və uzun müddət saxlanması üçün kimyəvi qarışıqlardan istifadə olunur. Nitratların, böyümə hormonların istifadə edilməsi məhsulu nə qədər xoşagəlimli göstərsə də, bir o qədər təhlükəli edir. Belə məhsullar insanlarda onkoloji xəstəliklərə, qaraciyər problemlərinə, zəhərlənmələrə səbəb ola bilər”.
Amerikada CDC-nin məlumatına əsasən, ildə 76 milyon qida zəhərlənməsi hallarına rast gəlinir ki, bunun da əsas hissəsi meyvə-tərəvəzin payına düşür.
Həkim əlavə edib ki, belə məhsulların tərkibi təhlükəli olduğu üçün onları qaynar su ilə yumaq da kifayət etmir.
Mövsümü olmayan meyvə, tərəvəzlərin zərərlərindən necə qorunaq?
Həkim bildirib ki, mövsümündə təbii üsullarla yetişmiş meyvə-tərəvəzdən istifadə edin. Həddindən artıq böyük, cəlbedici məhsullardan uzaq durun. Meyvə və tərəvəzləri istifadə etməzdən əvvəl mütləq qaynar su və axar su altında saxlayın.
Hansı meyvə-tərəvəzləri hansı ayda yemək olar?
Aprel ayında: Kök, təzə sarımsaq, təzə soğan
May ayında: Çiyələk, pomidor, təzə badımcan
İyun ayında: Təzə kartof, kahı, bibər, şüyüd
İyul və avqust aylarında: Vişnə, qarpız, yemiş, üzüm, tut kimi məhsullara üstünlük verin. (Metbuat.az)
Son xəbərlər
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN
- Fol turşusu hansı qidalarda daha çoxdur?
- Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb