1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: İxracat mütəxəssisi İş yeri: Bakı şəhəri İş təcrübəsi: 5 il Təhsil: İqtisadi ali təhsil Yaş həddi: 27-40 İşin Təsviri: Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, onların şirkətin məhsulları ilə tanış olmasına şərait yaratmaq, qida sərgilərində iştirak etmək. Vəzifə öhdəlikləri: - Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, onların şirkətin məhsulları ilə tanış olmasına şərait yaratmaq; - Qida sərgilərində iştirak etmək; - Müştərilərdən sifarişləri almaq və müvafiq hesab-fakturaları hazırlamaq; - İxrac olunması nəzərdə tutulan məhsulların texniki və logistik məlumatlarını detallı şəkildə müştərilərə təqdim etmək; - Sifarişlə bağlı bütün məlumatları detallı şəkildə Logistika, Mühasibatlıq, Planlama və digər əlaqədar strukturlara ötürmək; - Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə hesabat verdiyi instansiyaya baxılması üçün təkliflər vermək. Tələblər: - Yüksək ünsiyyət qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə  və layihə idarəetmə qabiliyyətinin olması; - Biznes danışıqlarının aparılması qabiliyyəti; - Rus və ingilis dili biliyi; - Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması; - MS Office proqramları biliyi. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə. İş qrafiki: 5 günlük Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İxracat mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.