Almaniya kansleri Angela Merkel Berlin şəhərində marketlərdən birində alış-veriş etməsi sosial şəbəkədə müzakirəyə səbəb olub. Foodinfo.az xəbər verir ki, Merkel digər vətəndaşlar kimi səbət götürərək marketdən istədiyi məhsulları seçib. Daha sonra isə ödəniş etmək üçün kassaya yaxınlaşıb. Marketdə olan vətəndaşlar bu hadisəni telefonla çəkiblər. Vətəndaşlar maraqlı hadisə ilə bağlı öz təəccüblərini ifadə ediblər.