Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC iki istiqamət üzrə tender elan edir. Lot1: “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik polietilen paket məhsulları ilə təmantı. Lot2: Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik kağız məmulatları (kassa lentləri, tərəzi və rəf etiketi) ilə təminatı. Tenderdə iştirak etmək əzmində olan iddiaçılar emailin mövzu yerinə müvafiq olaraq “Lot1” və ya “Lot2” yazaraq [email protected] ünvanına aşağıda qeyd olunan məlumatları göndərib qeydiyyatdan keçə bilərlər: (Qeydiyyat üçün son tarix: 28.09.2018-ci ildir) Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin olaraq qeydiyyatdan keçdikdən sonra ətraflı məlumat mail üzərindən iştirakçı şirkətlərə təqdim olunacaqdır. Tender iştirakçıları aşağıdakı sənədləri təqdim etməli olacaqlar: -İddiaçı barədə məlumat (iddiaçının tam adı, hüquqi ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və digər rekvizitlər); -İddiaçının iştirak etmiş olduğu bənzər irihəcmli proyektlər haqda məlumat toplusu. -İstehsalçi müəssisənin analoji məhsulların istehsalı sahəsində iş təcrübəsi və keyfiyyət zəmanəti; -Tender üzrə təklif ediləcək məhsulların qida sektorunda istifadə olunacağını nəzərə alaraq müvafiq uyğunluq və gigiyenik sertifikatların surəti.