Okyabrın 6-sı səhər saat 07:00-da Yasamal Rayon Tağı Şahbazi küçəsi 100 ünvanında yerləşən "Uğur" marketdən oğurluq edilib.
Bu barədə adıçəkilən marketdə satıcı işləyən İbrahimova Zeynəb İbixan qızı məlumat verib. Marketə girən naməlum şəxs masanın üzərindəki mobil telefonu oğurlayıb və hadisə yerindən uzaqlaşıb. Oğurluq baş verən zaman satıcı digər otaqda olub. Hadisə marketin təhlükəsizlik kameralarına əks olunub. Artıq hadisə ilə bağlı Yasamal Rayon 27-ci polis bölməsinə şikayətlə müraciət olunub. Həmin şəxsi görən, yaxud tanıyanlar varsa, bu nömrə ilə əlaqə saxlaya: (055) - 639-11-55 və ya Yasamal Rayon 27-ci polis bölməsinə ((012) - 510-02-02) müraciət edə bilər. (İnterAz)