Bakıda “Bizim market”dən oğurluğa cəhd olub. “Bizim market”in Xətai rayonu, Telnov küçəsində yerləşən mağazasından 400 manatlıq kərə yağı oğurlamağa cəhd edən 35 yaşlı Amin Cavadov mağazanın əməkdaşları tərəfindən saxlanılıb. O, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə təhvil verilib. Fakt üzrə araşdırmalar davam etdirilir. (Report)