Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 29,65 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Foodinfo.az Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 6330,5 ton, süd istehsalı 13 060,7 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7%, süd istehsalı isə 1,8% artıb. Cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 3,59 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 82,4% çoxdur.