Səhər yeməyi ən vacib yeməklərdən biridir. Buna görə də sağlam qidalanma mütəxəssisləri onun təkcə dadlı deyil, həm də sağlam olması lazım olduğunu söyləməkdən çəkinmirlər. Foodinfo.az TSN.ua-ya istinadən xəbər verir ki, vücudunuzun qandan xolesterolu daha yaxşı çıxarmasına kömək etmək üçün düzgün səhər yeməyi yemək lazımdır. Diyetoloqlar günə başlamaq üçün ən yaxşı məhsulun yulaf olduğunu söyləyirlər.

Ekspertlər hesab edirlər ki, gündə cəmi 5-10 qram həll olunan lif yemək kömək edə bilər. Liflə zəngin olan digər qidalara çia toxumu, lobya, avokado, müxtəlif paxlalılar, meyvələr, tərəvəzlər və kətan toxumu daxildir.