Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən, əşya və qida bazarının vəziyyəti çox acınacaqlıdır. Bazarda qida məhsulları, xüsusən ət-balıq antisanitariya şəraitində satılır və saxlanılır. Bazarda yanğın və fövqəladə hal üçün heç bir tədbir görülməyib və yanğın baş verməsinə hazır şərait hökm sürür. Evakuasiya üçün çıxışlar, yanğın su mənbəyi və yanğınsöndürmə balonları yoxdur. Bazarda təhlükəli qaz balonlarından və standarta uyğun olmayan qızdırıcılardan istifadə edilir. Bazardakı bu vəziyyət orada ticarətlə məşğul olan kiçik sahibkarların, işçilərin, alıcıların həyatına birbaşa təhlükədir. Amma nədənsə bazar rəhbərliyi bütün bu halları görməməzlikdən gəlir və problemləri aradan qaldırmaq istəmir. Bazardan çəkilmiş görüntüləri təqdim edirik. Kənan/Avtosfer