Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib Vəzifə: Nəqliyyat Departamentinin Müdiri İş yeri: Bakı şəhəri İş təcrübəsi: 5 il Təhsil: Nəqliyyat sahəsi üzrə ali təhsil Yaş həddi: 35-50 İşin Təsviri: Nəqliyyat Departamenti daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək. Vəzifə öhdəlikləri: - Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi; - İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi; - Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi; - Satınalma strukturuna nəqliyyat üçün materialların, təchizat və avadanlıqların satın alınmasının tövsiyə edilməsi və səmərəliliyin təmin edilməsi üçün əlaqədar təkliflərin verilməsi; - Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi; - Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması; - Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi. Tələblər: - Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi; - Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq; - Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti; - Liderlik qabiliyyəti; - Rus və ingilis dili biliyi; - MS Office proqramları biliyi. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Nahar ilə təmin edilmə. Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Nəqliyyat Departamentinin Müdiri” yazmaqla CV göndərərək müraciət edilir.