Yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 101,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 102,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 101,1 faiz təşkil edib. Foodinfo.az Dövlət Statistika Komitəsin-ə istinadən bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi dekabr ayına nisbətən 100,0 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 100,3 faiz olub.