Bir çoxları “10.000 addım qaydası” barədə eşidiblər. Bu qaydaya əsasən, sağlam qalmaq üçün hər gün ən azı o qədər addım atmaq lazımdır. Lakin amerikalı və polşalı alimlərin son araşdırması göstərib ki, ölüm riskini azaltmaq üçün gündə cəmi 4000 addım atmaq kifayətdir.

Foodinfo.az xəbər verir ki, sözügedən araşdırma  “European Journal of Preventive Cardiology” jurnalında dərc olunub. 

Orta yaşı 64 olan 227.000 kişi və qadını əhatə edən 17 əvvəlki tədqiqatın məlumatlarının təhlilinə əsaslanaraq, alimlər müəyyən ediblər ki, orta addım sayının 500 addım artması ürək-damar problemlərindən ölüm riskini 7% azaldır.

Gündə daha 1000 addım əlavə etdikdə hər hansı bir səbəbdən ölmə riskini 15% azalır.

Maraqlıdır ki, bütün səbəblərdən ölüm hallarının azalmasına əhəmiyyətli təsir artıq gündə 3967 addım səviyyəsində müşahidə olunur. Ürək-damar xəstəliklərindən ölüm riskini azaltmaq üçün gün ərzində cəmi 2337 addım atmaq kifayətdir.

Nərmin