
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən tədbirlərin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən göstərilən xidmətlərin səviyyəsini, həmçinin ictimai rəyi öyrənmək üçün mütəmadi olaraq onlayn qaydada sorğular keçirir. Sorğuların keçirilməsində məqsəd sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin, eləcə də fitosanitar və baytarlıq nəzarəti, qeydiyyat, idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsindən ibarətdir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, AQTA həyata keçirilən tədbirlərin inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq məqsədilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini onlayn sorğularda iştiraka dəvət edir.
Sahibkarlıq subyektləri qeyd olunan keçidə daxil olaraq (
afsa.gov.az/az/info/query) “Qida Təhlükəsizliyi sahəsində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində istehlakçıların prosesdə aktiv iştirakı”, "Laborator xidmətlərin göstərilməsi", "Qeydiyyat və dövlət reyestrinin aparılması", "Fitosanitar, baytarlıq və qida təhlükəsizliyi nəzarəti tətbiq olunan yüklərin idxalı", "Fitosanitar, baytarlıq və qida təhlükəsizliyi nəzarəti tətbiq olunan yüklərin ixracı" və digər bu kimi mövzularda hazırlanmış sorğularda iştirak edə bilərlər.