Hindistanın Haryana əyalətində fermer iki bəbir balasını pişik balası ilə səhv salaraq evinə aparıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə Hindistan Meşə Təsərrüfatı Departamentinin əməkdaşı Pərvin Kasvan öz "Twitter" səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, bəbir balalarını evə gətirən fermer onlara keçi südü içirdib. Sonradan o, səhv etdiyini anlayıb və hadisə barədə Meşə Təsərrüfatı Departamentinə məlumat verib. Bundan sonra mütəxəssislər onun yanına gələrək heyvanları aparıblar.

Sosial şəbəkədə Kasvan vəhşi təbiətə qayğıyla yanaşmağa çağırıb. O, bəbir balaları ilə selfi çəkən insanların foto və videolarını nümunə göstərərək tənqid edib: 

"İnsanlar bəbir balalarını yaşadıqları yerdən götürüb selfi çəkməməlidirlər. Ana həmişə onları tərk etdiyi yerə qayıdır. Onları götürdükdən sonra analarına qaytarmaq çox çətin olacaq. Belə hallarda balalar ya ölür, ya da ömür boyu azadlıqdan məhrum qalırlar”.

Leyla

Изображение

Мужчина принял детенышей леопарда за котят и принес их домой - ВИДЕО |  Eurasia Diary

Мужчина принял детенышей леопарда за котят и принес их домой - Газета.Ru |  Новости