Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir. O, nazik bağırsaqdan orqanizmə sovrulur, qaraciyərdə toplanır. Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən içatışmaya bilər:
-Qidada çatışmamazlıq, zəif qidalanma, dietalar
-Bağırsaqda sovrulmasının pozulması - mədə-bağırsaq xəstəlikləri
-Qaracyər xəstəlikləri
 
 
Foodinfo.az Medicina.az-a istinadən bəzən həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açdığını araşdırıb:
İlk növbədə vitaminin azalmasına səbəb olan faktorları sadalayaq.
Kimlər risk altındadır:
-Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə
-Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda
-Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin
-Hepatit, sirroz
-Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.
-Zərərli və zəif qidalanma
Vitamin K-nın orqanizmdə rolu:
-Qanın sovrulmasını təmin edir
-Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması
-Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır
-Sümük və daxili orqanların toxumasını təşkil edir
-Qan damarlarının funksiyası
-Mədə-bağırsağın peristaltikası
-Kalsiumun mənimsənilməsi
-Reproduktiv orqanlar üçün
-İnsanı onkoloji xəstəliklərdən qoruyur
-Orqanizmi qocalıqdan qoruyur
Əsas simptomlar:
-Hemorragik sindrom – burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur
- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur
-Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər
Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır.
Müalicəsi:
-Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir
-Dieta – K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır
Evdə vitamin K dozasını normaya salmaq üçün bunları edin:
Yaşıl çay içmək – hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için
Yaşıl çayda sutkalıq K vitamini var.
İspanaq – bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz.
Baş soğan – təzəsini yeyin
Meyvələrdən – kivi, kök, armud, üzüm, almada var.
K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin.