Çinin "Fourier Intelligence" şirkəti 2023-cü ilin sonuna qədər xəstə və yaşlı insanlara gündəlik həyatda və reabilitasiya tədbirlərində kömək edəcək 100 insanabənzər robot istehsal edəcək.
Foodinfo.az xəbər verir ki, bunlar GR-1 seriyasından olan humanoidlərdir.
165 sm boyu, 55 kq çəkisi olan robotların yükgötürmə qabiliyyəti 50 kq-dır. GR-1-in qadir olduğu maksimum yerimə sürəti saatda 5 km-dir. Hidravlik oynaqlar əvəzinə, bu robotlarda elektrik ötürücülər quraşdırılıb ki, bu da maşınlara çeviklik verir.
Belə xüsusiyyətlər sayəsində humanoidlər yataq xəstələrini daşıya biləcək, əlil arabası istifadəçilərinə müxtəlif maneələri dəf etməyə kömək edəcəklər. Bunun üçün GR-1-lər insan hərəkətlərinə reaksiya vermək, kövrək əşyaları qaldırmaq və daşımaq və qarşılarında yaranan maneəni qiymətləndirmək qabiliyyətinə malikdir. Lakin humanoidlər hələ ki, avtonom rejimdə çalışa bilmirlər.
Fərid