Hollandiyada dənizdə qızıl sırğasını itirən balıqçı Henk Kuiper 23 ildən sonra onu tapıb.
Foodinfo.az bildirir ki, bu barədə Dutch News xəbər verir.
Uzun illər sonra sırğa başqa bir gəmidə işləyən gənc balıqçı Noah Şrevers tərəfindən tapılıb. O, Texel adasının yaxınlığında qabıqlı balıq tutduqdan sonra göyərtəni yuyarkən zinət əşyasını aşkarlayıb. Ehtimal olunur ki, bəzək qabıqlı balıqlarla birlikdə dənizdən çıxıb.
Şreversin sosial şəbəkədə yerləşdirdiyi sırğanın fotoları Kuiperin qardaşı Martien tərəfindən diqqət çəkib.
Sırğa balıqçıya qayıdanda o, göz yaşlarını saxlaya bilməyib.
Leyla