Son vaxtlar internetdə yeni qida tendensiyası aktiv şəkildə yayılır - Balkan səhər yeməyi.

Foodinfo.az xəbər verir ki, adını Balkan yarımadasından alan bu pəhrizinin əsas hissəsi orada yetişən məhsullardan ibarətdir.

Qidalanma mütəxəssisi Ulyana Belikovanın fikrincə, Balkan səhər yeməyi böyük bir parça ağ çörək, pomidor, bolqar bibəri və feta pendiridir. Onun fikrincə, Balkan səhər yeməyi çoxlu miqdarda yağ ehtiva edir ki, bu da tez-tez istehlak edildikdə sağlamlıq üçün risklər daşıyır.

Bundan əlavə, bu səhər yeməyi kifayət qədər duzlu olur. Mütəxəssis qeyd edib ki, pendirin tərkibində çoxlu miqdarda duz var ki, bu da qan təzyiqinin artmasına və digər xəstəliklərin yaranmasına səbəb ola bilər.