Oksford Universitetində aparılan araşdırmada ən çox qida istehlak edən və piylənməyə meyilli olan ölkələr sıralanıb. 184 ölkənin yer aldığı siyahıda bir Yaxın Şərq ölkəsi birinci olarkən, Türkiyə də ilk yerlərdədir.

 Foodinfo.az xəbər verir ki, siyahıda ikinci yerdə piylənmə hallarının ən çox olduğu ölkələrdən biri olan ABŞ qərarlaşıb.

Böyük Britaniya 26-cı, Kanada isə 13-cü yerdə qərarlaşıb.

Gündə orta hesabla 3800 kalori istehlak edən ABŞ siyahıda ikinci yeri tutsa da, Bəhreyn isə birinci yerdədir. Gündəlik kalori miqdarı 4 mini keçən Bəhreyn, piylənmə səviyyəsi ilə tanınan ABŞ-ı kölgədə qoyub.

Türkiyə isə gündə orta hesabla 3762 kalori ilə 184 ölkənin yer aldığı siyahıda 5-ci yerdə qərarlaşıb.

Fast food istehlakının artması ilə dünyada piylənmə nisbətləri hər il artır. Qidalar gün keçdikcə daha çox kalori alır, lakin qida dəyəri getdikcə azalır.

Araşdırmalar yuxusuzluğun da yemək yeməyə səbəb olduğunu ortaya qoyub. Kifayət qədər yuxu almayan insanların pis qidalanma vərdişlərinə daha çox meylli olduğu bildirilib.

İnsanların gündə orta hesabla 2000 kaloridən çox istifadə etməməsi lazım olduğunu iddia olunur. 

Mərkəzi Afrika Respublikası gündə adambaşına 1600 kalori ilə dünyada ən aşağı kalori istehlakına malikdir.