İstidə yatmaq istəyi fizioloji proseslərin ləngiməsi ilə izah olunur.
 
Foodinfo.az xəbər verir ki, bu barədə terapevt Tatyana Romanenko deyib.

Onun sözlərinə görə, istil havada orqanizm bu temperatura uyğunlaşmağa və soyumağa çalışır, bunu isə metabolik prosesləri (qan axını, ürək döyüntüsünü) yavaşlatmaqla və istilik istehsalını azaltmaqla edə bilər.

Bütün bunlar yavaşladığı üçün insan yatmaq istəyir. Bu, bədənin özünü qoruması rejimidir. 

Mütəxəssisin qeyd edib ki, insan çox hərəkət etməsə və idmanla məşğul olmasa belə, bədəndən istilik və enerji xaric olur

İsti havada yuxululuqla mübarizə aparmaq üçün həkim daha çox su içməyi məsləhət görüb. Bol su içmək daha çox tərləməyə, nəticədə bədənin soyumasına səbəb olacaq və siz daha az yatmaq istəyəcəksiniz.

Nurlan