Avstraliyalı astrofiziklər Albert Eynşteynin nəzəriyyələrini təsdiqləyən və ilk dəfə kainatın ilkin mərhələsində zamanın nə qədər yavaş keçdiyini görməyə imkan verən araşdırma aparıblar.
Foodinfo.az xəbər verir ki, tədqiqatçılar 200-ə yaxın kvazarın müşahidə məlumatlarından istifadə edərək, ilkin kainatda vaxtın indikindən təxminən beş dəfə yavaş getdiyini aşkar ediblər.
Kvazarlar qalaktikaların mərkəzində yerləşən və aktiv qara dəliklərlə əlaqəli olan parlaq obyektlərdir. Astrofiziklər kvazarların iki onillik müşahidələrini toplayıblar və Bayes analizindən istifadə edərək zaman axarının dəyişikliyini müəyyən ediblər.
Nəticələr göstərir ki, kainatın yaşı təqribən bir milyard il olanda zaman beş dəfə yavaş gedib.
Tədqiqatın həmmüəlliflərindən biri olan Geraynt Lüisin sözlərinə görə, bu o deməkdir ki, əgər biz ilkin kainatda olsaydıq, zaman bizə uzanmış kimi görünərdi.
Bu araşdırma Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin proqnozlarını təsdiq edir və kainatın ən erkən mərhələlərində zamanın necə keçdiyini anlamağa kömək edir.
Natəvan