Kişilərin idman zalında rahat məşq etmələri üçün öz ölçülərindən bir qədər böyük, uzun olmayan və bədəni qızdırmayan geyimləri seçmələri məsləhətdir.
Foodinfo.az xəbər verir ki, bu barədə məşqçi Ruslan Panov danışıb.
O bildirib ki, idman geyimi hərəkətləri məhdudlaşdırmamalıdır. Gərginlik zamanı əzələlərin qısalması və qan axını səbəbindən bədən ölçüsü artdığı üçün adi ölçüdən bir az böyük geyinmək yaxşı olar.
Dizdən yuxarı şort seçmək daha yaxşıdır - uzun geyim bəzi hərəkətlər zamanı mane ola və trenajorlara ilişə bilər.
Həmçinin, təri yaxşı hopduran və tez quruyan paltar seçmək tövsiyə olunur: bu, termotənzimləmə rejimini dəyişməkdən qorxmadan yüksək intensivlikdə məşq etməyə imkan verəcək.
Panov bədəni həddindən artıq qızdıran paltar seçməməyi tövsiyə edib. O vurğulayıb ki, hermetik kostyumlar və arıqladan kəmərlər daxili orqanlar üçün xüsusilə təhlükəlidir.
Nurlan