Uelsin Anglesey adasındakı Böyük Britaniyanın Landegfan şəhərindən olan 65 yaşlı həvəskar fotoqraf Qari Fillips öz bağında nadir çəhrayı çəyirtkə tapıb. Foodinfo.az xxəbər v erir ki, bu barədə BBC məlumat yayıb.
Adam həşəratın rənginə heyran qalıb. O, bir neçə şəkil çəkmək üçün kamera ilə çəyirtkəyə yaxınlaşmaq qərarına gəlib.
Qısa qanadlı bu çəyirtkələrə Böyük Britaniyada rast gəlinir, lakin adətən yaşıl, qəhvəyi və ya hər ikisinin qarışıq rəngində olur. Bu böcəklərdəki çəhrayı rəng nadir bir genetik pozğunluqla bağlıdır. Bu, onları yırtıcılara qarşı xüsusilə həssas edir, çünki parlaq rəng kamuflyajı çətinləşdirir.

Nərmin