ABŞ-ın Florida ştatında timsah çimən şəxsə hücum edərək onu dişləyib.
Foodinfo.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Hadisə Ocala Milli Meşəsində baş verib. Park ziyarətçisi təyin olunmuş üzgüçülük zonasında snorkeling və üzgüçülük edərkən qəfildən timsahın hücumuna məruz qalıb.
Parkın əməkdaşları zərərçəkənə ilkin tibbi yardım göstəriblər.
Üzgüçülük sahəsi müvəqqəti olaraq bağlanıb. Mütəxəssislər təxminən 2,3 metr uzunluğunda timsah tutdular. Üzgüçülük sahəsinin tezliklə yenidən açılacağı gözlənilir.
Dövlət Balıq və Vəhşi Təbiət Komissiyası hadisə ilə bağlı araşdırma aparacaq.
Leyla