ABŞ-ın Smitsonian İnstitutu nəzdində Milli Təbiət Tarixi Muzeyinin alimləri müasir insanların əcdadları olan homininlər arasında adamyeyənlərin olduğunu sübut edən tpıntılar aşkarlayıblar.

Foodinfo.az xəbər verir ki, araşdırmaların nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Belə ki, Keniyada aşkarlanan qalıqlarda tədqiqatçılar daşdan hazırlanan silahların izini aşkarlayıblar.

Sümük üzərində araşdırma aparan paleoantropoloq Briana Pobiner onun nümunəsini ABŞ-ın Kolorado Universitetindən olan həmkarı Maykl Panta göndərib. O, tapılan izləri bazada olanlarla tutuşdurdurub və 11 kəsikdən doqquzunun insan tərəfindən edildiyi qənaətinə gəlib.

Beləliklə, Pobinerin fikrincə, insan əcdadları hələ 1,45 milyon il öncə, hesab olunandan xeyli əvvəl bir-birinin ətini yeməyə başlayıblar.

Nərmin