Yaşlı insanlarda əllərin əsməsi daha çox beyindəki sinir hüceyrələrinin ölümü ilə əlaqələndirilir, lakin bəzi hallarda bundan xilas ola bilərsiniz. 

Foodinfo.az xəbər verir ki, bu barədə hekim-geriatr, nevroloq Valeri Novosyolov danışıb.

Əllərin titrəməsi fərqli xarakterli ola bilər: müxtəlif vəziyyətlərdə, hərəkət və ya dinclik zamanı özünü göstərə bilər. Sağlam insanlarda güclü emosional həyəcan zamanı baş verə bilər.

Bəzən əllərin titrəməsinin səbəbi bilinmir və essensial tremordan söz açılır.

Lakin əllərin əsməsinin konkretsəbəbləri də ola bilər: qan şəkərinin düşməsi və ya antidepressantlar kimi bəzi dərmanların qəbulu.

Yaşlılarda əl titrəməsi ən çox neyrodegenerativ xəstəliklər, xüsusilə də Parkinson xəstəliyi ilə əlaqələndirilir. Neyrodegenerasiya nəticəsində sinir hüceyrələrinin ölümü baş verir və yaşlı insanlarda beyindəki neyronların 15%-i və ya daha çoxu zədələnə bilər. Bu, bəzi neyromediatorların, o cümlədən dopamin çatışmazlığına səbəb olur. Dopamin ifrazının 20-40% azalması Parkinson xəstəliyinin əzələ sərtliyi (rigidlik) və əl titrəməsi kimi simptomlarına səbəb olur.

Neyrodejenerasiya tamamilə müalicə edilə bilməz, lakin beyində dopamin səviyyəsini artırmağa yönəlmiş terapiya Parkinson xəstəliyi olan xəstələrdə tremoru azalda və ya hətta tamamilə yox edə bilər. Yalnız həkim belə bir terapiya təyin edə bilər, buna görə də yaşlılarda əllərin əsməsi müşahidə olunduqda nevroloq və ya geriatrla məsləhətləşmək vacibdir.

Nərmin