Rusiyanın Saxalin vilayətinin Poronay rayonunun sakini sahildə təsadüfən embriona oxşayan bir varlığa rast gəlib.
Foodinfo.az xəbər verir ki, astv.ru-ya danışan qadının sözlərinə görə, nəhəng tapıntı təxminən 40-50 santimetr uzunluğunda olub.
"Yaşıl Saxalin" Təbiətin və Ətraf Mühitin Mühafizəsi Fondundan onun ehtimallarını təsdiqləyətrək bildirilib ki, obyekt dəniz heyvanının embrionuna bənzəyir, onun dəqiq növünü isə ətraflı araşdırma ilə müəyyən etmək olar. Mütəxəssislər tapıntının dəqiq yerini öyrənmək üçün qadınla əlaqə saxlamağı planlaşdırırlar.
Leyla